Hazırda ölkəmizdə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələr - Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir.
Modern.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ukraynadakı hadisələrə görə hazırda ölkəmizdə 7036 Ukrayna vətəndaşı yaşayır. Xidmət rəisi əlavə edib ki, İrandan da Azərbaycana gələnlər var:
"Onların dəqiq statistikası bəlli deyil. Onlar hava yolu ilə ölkəmizə daxil olurlar”.