Modern.az

Oruc Zalov təqaüdə göndərildi - Yeni təyinat

Oruc Zalov təqaüdə göndərildi - Yeni təyinat

17 Dekabr 2022, 12:08

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vəzifəsindən kənarlaşdırılıb.

 

Modern.az xəbər verir ki, o, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

 

Məlumata görə, O.Zalovun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyinat alıb.

 

Qeyd edək ki, Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama