Modern.az

178 nəfər sığınacağa yerləşdirilib - 39-u uşaqlardır

178 nəfər sığınacağa yerləşdirilib - 39-u uşaqlardır

20 Dekabr 2022, 10:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 178 nəfər qəbul olunub.

 

Bu barədə Modern.az-a ƏƏSMN-dən məlumat verilib.

 

Bildirilib ki, həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq bölmələrinə qəbul ediliblər.

 

Onlardan bir hissəsi müəssisədə artıq sosial rebilitasiya kursunu başa vurub. Hazırda burada 45-i qadın, 58-i kişi olmaqla 103 sakinə stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlər davam edir.  Onlardan 39-u uşaqlardır.

 

Ötən il qəbul olunan şəxslər də daxil olmaqla bu il müəssisədə 300-ə yaxın şəxsə sosial xidmətlər göstərilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama