Modern.az

TƏBİB hesabat verir

TƏBİB hesabat verir

Ölkə

20 Dekabr 2022, 10:24

2022-ci ilin 11 ayı ərzində TƏBİB-in tabeli tibb müəssisələrində 40 277 004 xidmət göstərilib.

 

Modern.az xəbər verir ki, bu sözləri TƏBİB-in Tibbi statistika və analitika şöbəsinin müdiri Kamran Qasımov "TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

 

K.Qasımov qeyd edib ki, bunun 33 888 773-ü ambulator, 6 388 231-i isə stasionar tibbi xidmətin payına düşüb:

 

"Tabeli tibb müəssisələrində 11 ayda 292320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8 522 701 olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12 440 tibb işçisi işə qəbul olunub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər