"Növbəti ildən TƏBİB tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək".
Modern.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında deyib.
V.Qurbanov bildirib ki, 2022-ci ildə səhiyyə sisteminin, təcili tibbi yardım xidmətinin, kadr siyasətinin təkmilləşdirilməsi, tibb işçilərinin əməkhaqqılarının artırılması və s. istiqamətlərdə TƏBİB tərəfindən müvafiq addımlar atılıb:
"Proses 2023-cü ildə də davam etdiriləcək. Ana və uşaq sağlamlığı ilə bağlı neqativ halları azaltmaq, tibbi xidmətlərin əlçatanlığını genişləndirmək, tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması, tibb müəssisələrinin dərman təchizatını yaxşılaşdırmaq və müasir tibbi avadanlıqlar ilə təmin etmək, tibbi xidmətlərin göstərilməsində həssas əhali qrupuna (qazi, şəhid ailəsi, əlillər) diqqəti daha da artırmaq və vətəndaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsini yüksəltmək əsas məqsədlərimizdən biridir”.