"Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolunun bağlanması və Qarabağda yaşayan ermənilərin sayı haqqında yalan xəbərlər yaymaqda davam edir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə tviter hesabında yazıb.
XİN rəsmisi bildirib ki, sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür.