Modern.az

Metronun “Xocəsən” stansiyası və yeni depo AÇILIR

Metronun “Xocəsən” stansiyası və yeni depo AÇILIR

Ölkə

23 Dekabr 2022, 08:55

Bakı metropoliteninin “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, bu gün stansiya və deponun açılışı planlaşdırılır.

 

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Açılışdan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək.

 

Qeyd edək ki, 2014-cü ildən tikintisi üçün hazırlıqlara başlanılan "Xocəsən", metropolitenin sayca 27-ci, Bənövşəyi xəttin isə sayca 4-cü stansiyasıdır.

 

Stansiya Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşir və Bənövşəyi xətt üçün depo rolunu oynayır. "Bakmil" stansiyasından sonra Bakı metropoliteninin sayca 2-ci yerüstü stansiyası olan "Xocəsən"i "Avtovağzal" stansiyası ilə birləşdirən sol tunel 1182 metr uzunluğunda, sağ tunel isə 1112 metr uzunluğundadır. Platformanın uzunluğu 144 metrdir.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi