Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.
Məlumata görə, gömrük polkovniki M.Sadıqov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, Mehman Sadıqov bu ilin yanvarında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.
Xəbəri ilk olaraq "Unikal" yayıb.