Modern.az

Qətərə yeni səfir təyinatı - SƏRƏNCAM

Qətərə yeni səfir təyinatı - SƏRƏNCAM

28 Dekabr 2022, 11:44

Prezident İlham Əliyev M.M.Əliyevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az  xəbər verir ki, sərəncama əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Ölkə başçısının digər sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama