Modern.az

Qatar çoxdur, amma intervalı azalda bilmirik - Metropoliten

Qatar çoxdur, amma intervalı azalda bilmirik - Metropoliten

30 Dekabr 2022, 13:02

Metroda intervalın azadılması birbaşa tikinti işləri ilə bağlı məsələlərə söykənir.

 

Modern.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov yeni qatarların təqdimatı mərasimində deyib.

 

B.Məmmədov bidirib ki, qaydalara görə hər bir xətt müstəqil qaydada fəaliyyət göstərməlidir:

 

"Lakin Bakı Metropoliteninin ən böyük problemi odur ki, ən çox yüklənən yaşıl və qırmızı xətt "28 May" stansiyasında birləşir. Xətlərin ayrılması layihəsi tam həllini tapmayınca intervalın aşağı salınması qeyri-mümkün olacaq. Bu vaxta qədər Nizami-Dərnəgül və Sahil-İçərişəhər istiqamətində sərnişinlər 4 dəqiqədən az interval görməyiblər. Bizim yetərli sayda qatarımız var. Lakin intervalın azaldılması sırf texniki məsələlərlə əlaqədar hələlik mümkün deyil".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama