Modern.az

Naxçıvan prokurorunun yeni müavini bu şəxsdir - FOTO

Naxçıvan prokurorunun yeni müavini bu şəxsdir - FOTO

30 Dekabr 2022, 17:12

Xəbər verirldiyi kimi, bu gün Naxçıvan Muxtar Respublikası (MR) prokuroruna yeni müavin təyin olunub.


Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Sənan Paşayev Naxçıvan prokurorunun müavini vəzifəsinə təyinat alıb.


Sənan Paşayev indiyədək Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

O, dövlət başçısı tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.


Qeyd edək ki, bundan öncə Naxçıvan prokurorunun müavini vəzifəsində MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov çalışırdı. O, ötən gün tutduğu vəzifədən azad olunub.


Modern.az Naxçıvan prokurorunun yeni müavininin fotosunu təqdim edir:

 


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur