Modern.az

2026-cı ilə qədər Cəbrayılda 12 yaşayış məntəqəsi salınacaq

2026-cı ilə qədər Cəbrayılda 12 yaşayış məntəqəsi salınacaq

13 Yanvar 2023, 12:26

2026-cı ilə qədər Cəbrayıl şəhəri, Xudafərin qəsəbəsi və daha 10 kənd tikilib əhalinin ixtiyarına veriləcək.

Modern.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin Cəbrayıl rayon ictimaiyyəti ilə görüşündə bildirilib.

Görüşdə o da qeyd edilib ki, həmin yaşayış məntəqələri tikiləndən sonra - 2026-cı ilə qədər 11213 nəfər cəbrayıllı məcburi köçkünün dogma torpaqlara köçürülməsi nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...