Modern.az

Xoşbəxtlik əslində nədir: Varlı olmaq, yoxsa...

Xoşbəxtlik əslində nədir: Varlı olmaq, yoxsa...

17 Yanvar 2023, 10:52

Xoşbəxtlik hər bir insanın arzusudur. Lakin heç də hamı xoşbəxt ola bilmir, ya da bunu əldə etməyi bacarmır. Kimi xoşbəxtliyi ailənin əhatəsində sağlam yaşamaqda görür, bir çoxları isə düşünür ki, pulun, var-dövlətin varsa, dünyanın ən xoşbəxt insanı ola bilərsən.

 

Bunun əksinə olaraq, tez-tez eşitmək olar ki, xoşbəxtliyi pulla almaq mümkün deyil, ancaq Nobel mükafatçısı, iqtisadçı Angus Deaton isə fərqli mövqedədir.

 

O illər öncə xarici mediaya verdiyi müsahibəsində vurğulayıb ki, rifah ilə xoşbəxtlik hissi arasında əlaqə var. Nüfuzlu ekspert əminliklə söyləyib ki, xoşbəxtliyi pulla əldə etmək mümkündür. 

 

Bu yanaşma nə qədər realdır? Xoşbəxt olmaq üçün mütləq varlı olmaq lazımdır?

 

Mövzu ilə bağlı Modern.az-a danışan psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev bildirib ki, varlı olmaq xoşbəxt olmaq anlamına gəlmir:

 

"Əlbəttə, xoşbəxtlik anlayışı ilə bağlı hərənin özünəməxsus düşüncəsi və yanaşma tərzi mövcuddur. İnsanların bir qrupu fikirləşir ki, xoşbəxt olmağın yolu varlı olmaqdan keçir. Belə insanlar ömürboyu var-dövləti çox olsun deyə çalışırlar. Amma həyati faktlar ve gündəlik müşahidələr onu göstərir ki, heç də pulun çox olması insanları xoşbəxt etmir. Fikrimcə, xoşbəxtlik anlayışının özünün mücərrəd olması bizim ona yanaşmamızda da özünü göstərməlidir”.

 

Psixoloqun sözlərinə görə, ümumiyyətlə, insanlar ömürboyu özünü xoşbəxt hiss edə bilməz. Bunun fərqli səbəbləri var:

 

“Bu, psixoloji baxımdan mümkün deyil. Xoşbəxtlik insan həyatının ayrı-ayrı anlarını əks etdirməklə daha çox həmin hadisələrə münasibətimizin nəticəsində yaranır. Bu baxımdan insan öz potensialını gerçəkləşdirdikdə özünü tam olaraq xoşbəxt hiss edir. Yəni insanın imkanları ilə reallıq üst-üstə düşdüyü vaxt özünü xoşbəxt hiss edir. Əksi baş verdikdə isə insan özünü bədbəxt və kimsəsiz hiss edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...