Modern.az

Vahid Tarif Cədvəli üzrə maaşı artanların SİYAHISI

Vahid Tarif Cədvəli üzrə maaşı artanların SİYAHISI

Ölkə

17 Yanvar 2023, 16:24

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, minimum aylıq əməkhaqqının 1 yanvar 2023-cü ildən 345 manata çatdırılması ilə  əlaqədar Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının da bu aərəncama uyğunlaşdırılması üçün həmin işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib.

Modern.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.


19 pillədən ibarət yeni Cədvəldə ilk pillə üzrə əməkhaqqı 300 manatdan 345 manata çatdırılmaqla digər pillələrdə də maaşlar yeni artımlarla əks olunub.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli aşağıdakı kimi olacaq:
 

İndiyə qədər dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli aşağıdakı kimi olub:

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1

300

2

312

3

325

4

338

5

353

6

367

7

383

8

398

9

415

10

432

11

450

12

468

13

487

14

508

15

528

16

549

17

604

18

725

19

979



 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır