Modern.az

XİN başçısı: Ermənistan sülhdən yayınır 

XİN başçısı: Ermənistan sülhdən yayınır 

20 Yanvar 2023, 10:18

Ermənistan tərəfi sülh danışıqlarından yayınır.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bildirib ki, sülh gündəliyinin aparılmasına Azərbaycan tərəfindən təşəbbüs göstərilib. C.Bayramov Azərbaycan dövlətinin mövqeyinin açıq olduğunu diqqətə çatdırıb:

 

“Azərbaycan tərəfi danışıqlara sadiq olduğunu bəyan edib. Ən qısa zamanda istənilən növbəti görüşün keçirilməsi və sülh müqaviləsi üzrə növbəti danışıqları davam etməyə hazır olduğumuzu bildirmişik. Onlar anlamalıdır ki, sülh prosesinin irəliləməsi Azərbaycan üçün nə qədər lazımdırsa, Ermənistan üçün də bundan az əhəmiyyətli olmamalıdır. Ermənistan bunu başa düşmürsə, bu, onların çox səhv siyasətinin nümayişidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...