Modern.az

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana KEÇDİ

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana KEÇDİ

24 Yanvar 2023, 11:56

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı təşkilata üzv ölkələrin XİN rəhbərlərinin Daşkənddə keçirilən bugünkü iclasında qərar qəbul olunub.

 

Qeyd edək ki, Özbəkistanın Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası keçirilir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə iştirak edir. İclasda İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik rəsmən Azərbaycana keçirib və nazir Ceyhun Bayramov bununla bağlı çıxış edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı