Modern.az

Ceyhun Bayramov Şimali Kiprin XİN başçısı ilə görüşdü

Ceyhun Bayramov Şimali Kiprin XİN başçısı ilə görüşdü

25 Yanvar 2023, 09:13

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bunu Şimali Kiprin XİN başçısı tviter hesabında yazıb.

 

“Daşkənddə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli müzakirə apardıq. Şimali Kipr xalqına verdiyi dəstəyə görə ona təşəkkür edirəm”, - deyə nazir bildirib.

 

Qeyd edək ki, yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib. C.Bayramov toplantıda iştirak edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər