Modern.az

İran XİN səfirliyimizə hücumla bağlı BƏYANAT yayacaq

İran XİN səfirliyimizə hücumla bağlı BƏYANAT yayacaq

27 Yanvar 2023, 11:38

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi və İran Polisi Azərbaycan səfirliyinə hücumla bağlı rəsmi bəyanatla çıxış edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

 

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

 

Xəbər yenilənir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...