Modern.az

İran casusu özünü belə ifşa etdi - VİDEO

İran casusu özünü belə ifşa etdi - VİDEO

Ölkə

28 Yanvar 2023, 11:18

Ötən gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi geniş müzakirələrə səbəb olub. Səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun ölümü, daha iki əməkdaşın yaralanması ilə nəticələnən terror aktının hansı məqsədlə törədilməsinə dair qızğın müzakirələrin getdiyi bir məqamda xaricdəki bəzi müxalif qüvvələr İrana gizli şəkidlə dəstək nümayiş etdirərək, hadisənin motivlərini təhrif olunmuş formada ictimaiyyətə çatıdırmağa çalışırlar. 

 

Bu işdə Tural Sadıqlı və onun rəhbəri olduğu "Azad söz" kanalı xüsusilə diqqət çəkir. Belə ki, özünü haqq carçısı kimi qələmə verən T.Sadıqlı səfirlikdəki hadisənin terror olmadığını, guya məişət xaraketli problemdən qaynaqlandığını iddia edib. Məlum hadisədən cəmi bir saat sonra "detalları" açıqlayan söyüşcül bloger açıq-aşkar İranın xüsusi xidmət orqanlarının müdafiəsinə qalxıb və Azərbaycanın dövlət maraqlarına zidd fikirlər səsləndirib. Beləliklə, o, özü də istəmədən kimlərə casusluq etdiyini göstərib.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, dünən baş vermiş terror hadisəsi beynəlxalq ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb və dünyanın bir çox ölkələrindən reaksiyalar gəlib:

 

“Bildiyimiz kimi, ötən gün Azərbaycanın İrandakı səfirliyinə hücum edildi. Bu dəhşətli terror hücumu qısa zamanda dünyanın gündəminə düşdü. Bir sıra dövlətlər sözügedən hücumu pislədilər. İran isə riyakarcasına hücumun şəxsi zəmində törədildiyini bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev hadisəni terror aktı kimi qiymətləndirdi. Lakin biz görürük ki, milli satqınlar və 5-ci kolonun nökərləri İranın mövqeyindən çıxış edirlər. Bu dəfə də satqınlığı ilə seçilən "Azad Söz" kanalı İranın mövqeyindən çıxış edərək, insanlara yalan məlumatlar çatdırdı, terrorçuların mövqeyini müdafiə etdi. Bu satqınlıq deyil, nədir bəs?”. 

 

Deputatın sözlərinə görə, artıq hər bir vətəndaş kimin dostumuz, kimin də düşmənimiz oldunu bilməlidir:


“Həmin videoda Azərbaycana qarşı kəskin nifrət, düşmənçilik bəsləyənlərin qərəzli fikirlərinin səsləndirildiyi açıq-aşkar görünür. Uzun müddətdir ki, "Azad Söz" kanalının fəaliyyətini onsuz da İranla və bir sıra xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən xəfiyyə qüvvələrlə bağlayırdılar. Lakin sonuncu video "Azad Söz" kanalının sahibinin həqiqətən İranda və digər xarici ölkələrdə Azərbaycan əleyhinə çətələr quran qüvvələrin bilavasitə qulu və xidmətkarı olduğunu bir daha sübut etdi”.

 

Tural Sadıqlının özünü ifşa etdiyi videonu təqdim edirik:

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır