Modern.az

Oman da Azərbaycana dəstək verdi

Oman da Azərbaycana dəstək verdi

28 Yanvar 2023, 13:26

Oman Sultanlığı Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı səfirliyini hədəfə alan hücumu qəti şəkildə qınadığını bildirib.

 

Modern.az xəbər verir ki, XİN Oman Sultanlığının diplomatik missiyalara edilən hücumu, təhlükəsizlik və sabitliyi pozan hər hansı hərəkəti rədd edən qəti mövqeyini açıqlayıb.

 

Bildirilib ki, Oman XİN hadisə qurbanının ailəsinə, Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır