Modern.az

Bu səfər əlaqələrin inkişafına böyük töhfə verəcək

Bu səfər əlaqələrin inkişafına böyük töhfə verəcək

Ölkə

28 Yanvar 2023, 15:25

Prezident Əbdülfəttah Əs-Sisinin səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

 

Səfər çərçivəsində Misir Prezidenti ilə həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə bir çox məsələləri müzakirə etdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı