Modern.az

Naxçıvanda kommunistlərin abidəsi söküldü - FOTOLAR

Naxçıvanda kommunistlərin abidəsi söküldü - FOTOLAR

29 Yanvar 2023, 12:25

Naxçıvan şəhərində sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən abidə tam olaraq sökülüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsindən məlumat verilib.

 

"Böyük bağ” ərazisində olan bu abidənin yerinə artıq kilid daşları vurulub. Sökülən abidənin yerində başqa bir abidənin tikintisi gözlənilmir.

 

Qurum bu barədə hər hansı bir tapşırıq almayıb, boş ərazi kilid daşları ilə örtülüb və ərazi tam olaraq təmizlənib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...