Modern.az

Senator səfirliyimizə hücumdan danışdı, Paşinyanın arvadını günahlandırdı - ÖZƏL

Senator səfirliyimizə hücumdan danışdı, Paşinyanın arvadını günahlandırdı - ÖZƏL

31 Yanvar 2023, 14:20

“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun arxasında İran və Ermənistan birləşmələri dayanır”.

 

Bunu Modern.az-a eksklüziv açıqlamasında Fransa Senatının üzvü Natali Qule deyib. Onun sözlərinə görə, Azərbaycan səfirliyində törədilmiş terror aktında Ermənistanın da rolu istisna deyil:

 

“Azərbaycana qarşı hücum çox güman ki, Ermənistan və İran İslam Respublikasının terrorçu rejimi arasında dostluğun nəticəsidir”.

 

Fransalı senator indiki məqamda Ermənistan baş nazirinin həyat yoldaşının İrana səfərinin təsadüfi olmadığını vurğulayıb.

 

“Düşünürəm ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı (Anna Akopyan-red) İranın qərbinə hicablı gedib dəstək verməklə tarixə qarşı böyük səhv edib. Ona görə də baş nazirin xanımının İrana səfərindən danışmaq lazımdır. Onun ora niyə getdiyi maraq doğurmalıdır”, - deyə Natali Qule vurğulayıb.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...