Modern.az

İsrailin müdafiə naziri Zakir Həsənova zəng etdi

İsrailin müdafiə naziri Zakir Həsənova zəng etdi

1 Fevral 2023, 11:10

Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.

 

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.

 

General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

 

Danışıq zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI