Modern.az

Naxçıvanın sabiq prokurorunun həbs xəbəri ilə bağlı rəsmi açıqlama

Naxçıvanın sabiq prokurorunun həbs xəbəri ilə bağlı rəsmi açıqlama

2 Fevral 2023, 11:48

Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”, - Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...