Modern.az

18 nəfər koronavirusa yoluxdu, biri vəfat etdi

18 nəfər koronavirusa yoluxdu, biri vəfat etdi

5 Fevral 2023, 16:34

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 18 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

 

İndiyədək ümumilikdə 828 082 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 811 nəfər müalicə olunaraq sağalıb, 10 096 nəfər vəfat edib, aktiv xəstə sayı 175 nəfərdir.

 

Ölkədə son sutka ərzində 1340, hazırkı dövrədək isə 7 496 040 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...