Modern.az

Prezidentin tapşırığı ilə xilasetmə qrupu Türkiyəyə yola düşdü

Prezidentin tapşırığı ilə xilasetmə qrupu Türkiyəyə yola düşdü

6 Fevral 2023, 13:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

 

Modern.az-ın xəbərinə görə, 370 nəfərdən ibarət şəxsi heyət Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

 

Uçuşdan əvvəl şəxsi heyətə müvafiq təlimatlar verilib.

 

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. 1 710 bina dağılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...