Modern.az

Azərbaycan Türkiyəyə 100-dən çox xilasetmə mütəxəssisi göndərib 

Azərbaycan Türkiyəyə 100-dən çox xilasetmə mütəxəssisi göndərib 

7 Fevral 2023, 11:58

"Azərbaycan qardaş Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə axtarış-xilasetmə qruplarını göndərib".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

Qeyd olunub ki, 100-dən çox xilasedici mütəxəssisdən ibarət ilk qrup öz avadanlıqları ilə birlikdə Türkiyə xilasetmə işlərinə kömək etmək üçün zəlzələ bölgəsindədir.

 

"Biz səninləyik, Türkiyə!", - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...