Modern.az

Bu obyektlərdə qaz qurğularından istifadə yasaqlandı

Bu obyektlərdə qaz qurğularından istifadə yasaqlandı

7 Fevral 2023, 13:03

Qaz qurğularının quraşdırılması qadağan edilən obyektlər müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair Tələblər”də qeyd olunub.

 

Qaydalara əsasən, məktəbəqədər təhsil müəssisələrində, teatr və kinoteatrların bufetlərində qaz qurğularının quraşdırılması qadağandır.

 

İstehlakçılar, o cümlədən məişət abonentləri tərəfindən bu tələblərə əməl edilmədən qaz qurğularının özbaşına quraşdırılmasına yol verilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...