Modern.az

201 nəfər zəlzələ bölgəsindən təxliyə edilib - XİN rəsmisi

201 nəfər zəlzələ bölgəsindən təxliyə edilib - XİN rəsmisi

8 Fevral 2023, 09:16

“Dünəndən etibarən təxminən 201 nəfər vətəndaşımız təxliyə olunub”.

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

 

XİN sözçüsü bildirib ki, onların arasında 3-4 nəfər Türkiyə Respublikasının vətəndaşları da var: “Onlar da təxliyə olunublar. Təxliyə prosesi davam edir. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir