Modern.az

Zəlzələnin süni yaradılması mümkün deyil - ALİM

Zəlzələnin süni yaradılması mümkün deyil - ALİM

8 Fevral 2023, 12:08

Türkiyədəki zəlzələnin süni yaradılması ilə bağlı ehtimal yanlışdır, bu, mümkün deyil.

 

Modern.az xəbər verir ki, bunu akademik Fəxrəddin Qədirov Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda bu il fevralın 6-da Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr mövzusuna həsr olunmuş Ümumrespublika elmi seminarında deyib.

 

Onun sözlərinə görə, Günəşin, Ayın hərəkətinin Yerdə katastrofik hərəkətlərə səbəb olması ehtimalı da var, amma bunlar elmdə qəbul olunmur.

 

“Belə güclü zəlzələnin baş vermə səbəbi kimi səsləndirilən bu cür fikirlərin heç bir elmi əsası yoxdur”, -deyə alim qeyd edib.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı