Modern.az

Kamçatkadakı azərbaycanlılardan Türkiyəyə DƏSTƏK

Kamçatkadakı azərbaycanlılardan Türkiyəyə DƏSTƏK

8 Fevral 2023, 13:04

Rusiyanın Kamçatka vilayətində yaşayan azərbaycanlılar Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım kampaniyasına başlayıb.

Bu barədə Modern.az-a Kamçatkada yaşayan azərbaycanlıların diaspor rəhbəri Ramazan Hüseynov məlumat verib.

O, qeyd edib ki, vilayətdəki azərbaycanlıların ağsaqqalı Zahid Bəşirovla birlikdə belə bir qərara gəliblər:

“Kamçatka Türkiyəyə çox uzaq bölgədir. Biz buradan türk qardaşlarımıza yalnız pul yardımı edə bilirik, ərzaq, geyim göndərmək çətindir. Amma ürəyimiz Türkiyə ilədir. Biz Rusiyanın digər bölgələrindəki Azərbaycan diaspor rəhbərlərinə də müraciət etmişik. Demək olar ki, hər kəs ayaqdadır və qardaşlarımıza dəstək olmağı özünə borc bilir”.

Zahid Bəşirov isə Türkiyədə baş verənlərdən böyük üzüntü keçirdiklərini dilə gətirib:

“Təbii fəlakətlərdən heç kəs, heç bir yer sığortalanmayıb. Ona görə də bu ağır gündə Türkiyənin yanında olmaq qardaşlıqdan başqa, həm də insanlıq borcumuzdur. Türkiyə, Azərbaycan bizim üçün Vətəndir. Biz Rusiyanın bütün bölgələrindəki azərbaycanlılarla əlaqə qurmuşuq. Bu kampaniyaya hamı qoşulacaq. Millətimizin başı sağ olsun”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?