Modern.az

Meral Akşenerdən seçki açıqlaması: təxirə salına bilər

Meral Akşenerdən seçki açıqlaması: təxirə salına bilər

10 Fevral 2023, 11:04

Türkiyə müxalifətinin “6-lı masa”sında təmsil olunan İYİ Partiyanın sədri Meral Akşener zəlzələ bölgəsi olan Kahramanmaraşa səfərinin ardından seçki açıqlaması verib.

Modern.az “Cumhuriyet”ə istinadən xəbər verir ki, Meral Akşener 10 şəhəri yerlə-yeksan edən dağıdıcı zəlzələnin nəticələrinə görə seçkilərin mayın 14-də keçirilə bilməycəyini açıqlayıb.

Akşenerin hesablamalarına görə, seçkilər iyunun 18-də keçirilə bilər.


İYİ Partiya sədri Meral Akşener Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniye, Malatya, Adıyaman, Adana, Kilis, Diyarbakır, Elazığ və Şanlıurfada on minlərlə insanın ölümünə səbəb olan zəlzələlərdən 72 saat sonra dağıntı bölgəsinə gedib.
 

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçirlməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım