Modern.az

Hələ də tapılmayan vətəndaşlarımız var - Ceyhun Bayramov

Hələ də tapılmayan vətəndaşlarımız var - Ceyhun Bayramov

Ölkə

11 Fevral 2023, 16:29

Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

XİN başçısı bildirib ki, indiyədək 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib.

 

Bundan əlavə, nazir Azərbaycanın 5 vətəndaşının zəlzələ nəticəsində həlak olduğunu vurğulayıb. Onun sözlərinə görə, ailəsinin istəyi ilə vəfat edən şəxslərdən birinin Türkiyədə dəfn olunmasına qərar verilib. Digər 4 nəfərin nəşinin Azərbaycana aparılması ilə bağlı işlər görülür.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım