“Bütün şagirdlərə attestatların verilməsi qərarı tədris ilinin sonunda verildiyindən onun texnoloji nöqteyi-nəzərindən icrası demək olar ki, bir neçə gün ərzində qeyri-mümkün olan məsələdir”. Modern.az xəbər verir ki, bu barədə danışan təhsil naziri Mikayıl Cabbarov əvvəlki illərdə attestat almayan şagirdlərin aqibəti ilə bağlı jurnalsitlərə açıqlama verib. O, deyib ki, Azərbaycanda ötən illərdə attestat ala bilməyən orta məktəb məzunlarına da attestatların verilməsi məsələsi gələcəkdə öz həllini tapa bilər.
“Biz müvafiq dövlət qurumları ilə işləyəcəyik ki, üzümüzə gələn illərdə cənab prezident tərəfindən həyata keçirilən sosial siyasətin çərçivəsində bu məsələ öz həllini tapsın. Nəzərdə tuturam ki, gələn tədris ilində biz müvafiq dövlət qurumları ilə birlikdə çalışaraq bu məsələni həll edəcəyik”.
Nazir eyni zamanda dərsliklərin hazırlanması prosesindən də danışıb. Nazir bildirib ki, bundan sonra dərsliklərin hazırlanmasında texnoloji dəyişiklər olacaq.
“Hazırda mövcud olan praktika ondan ibarətdir ki, əsasən krikulumla dərs alan siniflərdə dərsliklərin yaradılması və onların çap edilməsi tədris ilinin başlanmasına qısa bir müdət qalmış təhvil verilir. Hazırda 6-cı sinif dərsliklərin hazırlanması prosesi gedir. Tez hazırlanan dərsliklər ilk növbədə müəllimlər üçün müəyyən çətinliklər yaradır. Onlar yeni dərsliklərlə tanış olamaq üçün kifayət qədər vaxt əldə etmirlər. Belə ki, texniki, texnoloji və digər mexaniki səhvlərin baş verdiyi təqdirdə onların aradan qaldırılması üçün kifayət qədər vaxt qalmır. Ona görə də biz hesab edirik ki, bu təcrübə dəyişilməlidir. Dərsliklərin hazırlanması üçün ən azı bir tədris ili başa çatmalıdır. Ondan sonra çox gümanki müəyyən pilot məktəblər siniflər müəyyənləşməlidir ki, yeni tədris olunan dərsliklər orada bir il tətbiq olunsun. Burada məqsəd şagirdlərin, müəllimlərin, mütəxəssislərin monitoriqlərin və ya bunların hamısının tədris prosesində mümkün qədər az mənfi təsir göstərsin və müətxəsisslərin və ekspertlərin işi mükəmməl səviyyədə və müvafiq vaxtda məhduyyəti olmadan, keyfiyyətli həyata keçirilsin. Amma bu vaxt tələb edəcək. Təbii olaraq bu il tədris ilində bu qeyri-mümüknüdür. Çünki bu proseslər artıq gedir. 2014-cü tədris ilinin əvvəlindən biz bu prosesi tətbiq etmək niyyətindəyik”.
Təhsil naziri daha sonra müəllimlərin əməkhaqqı məsələsinə toxunub.“Əmək haqqının qaldırılması üsulunun tədrisin keyfiyyəti və bir sıra digər amillərlə bağlantısı var. Fikrimcə , bu məsələyə gözübağlı yanaşma bir az tələsik və qeyri-peşəkar olardı”.
Aytən ƏLİYEVA