“1600-dən çox bələdiyyənin bir dənə də olsun bağçası yoxdur”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Tahir Rzayev deyib.
“Xırdalan bələdiyyəsi 700 min manatdan artıq vəsait toplayıb. Hətta bəzi şəhər bələdiyyələrinin büdcəsi 1 milyon manatdır. Amma bəzi kənd bələdiyyələrinin heç 10 min manat maliyyəsi yoxdur. Bələdiyyələr bağçalar açmalıdır. 2-3 bələdiyyə toplanıb, öz ərazilərində bağça tikə bilər. Əhalinin buna ehtiyac var. Bu gün baxsaq, insanlar digər özəl bağçalara nə qədər pul xərcləyirlər. Bu məsələ üzərində bələdiyyələr düşünməlidir”, - deyə deputat vurğulayıb.