Modern.az

Zəlzələ bölgəsində 9 azərbaycanlı itkin düşüb

Zəlzələ bölgəsində 9 azərbaycanlı itkin düşüb

Ölkə

16 Fevral 2023, 10:10

"Dünənə olan məlumata görə, Türkiyədə zəlzələ bölgəsində yaşayan və xəbər ala bilmədiyimiz azərbaycanlıların sayı 9 nəfərdir".

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

 

“Rəqəmlər hər an dəyişir, ona görə dəqiq rəqəm demək çətindir. Amma son məlumata görə, onların sayı 9-dur”, - deyə XİN rəsmisi söyləyib.

 

Qeyd edək ki, Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb. Eyni zamanda 500-dən çox Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən ölkəmizə təxliyə olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım