Modern.az

Gürcüstanla sərhədi açmalıyıq - Parlamentdə məsələ qaldırıldı

Gürcüstanla sərhədi açmalıyıq - Parlamentdə məsələ qaldırıldı

Ölkə

17 Fevral 2023, 16:14

Azərbaycanın Gürcüstanla quru sərhədinin açılması təklif olunub.

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

 

“Naxçıvanla Türkiyə arasında quru sərhədləri açılıb. İndi də Gürcüstanla quru sərhədləri açılmalıdır ki, tələbələr rahat şəkildə ölkəyə qayıda bilsinlər. Əgər biz qorxuruq ki, onlar xəstəlik gətirərlər, bu, elə deyil. Nəzərə çatdırım ki, həmin şəxslər təyyarə ilə də gəlirlər. Xəstəliklə bağlı hər hansı narahatlığımız varsa, sərhəddə xüsusi tibbi məntəqə yaradıla bilər, kimsə xəstədirsə, müalicə olunar. Ölkə konstitusiyasına görə heç bir halda Azərbaycan vətəndaşının ölkəyə qayıtmasına maneə yaratmaq olmaz. Konstitusiyada bu açıq şəkildə qeyd olunub. Türkiyədə qalan tələbələr də burada oturan deputatlarla eyni vətəndaş hüquqlarına malikdirlər”,- deyə parlamentari çıxışında vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım