Modern.az

Niyyət etmişdik ki, övladımız Zəngilanda doğulsun – Turanın atası 

Niyyət etmişdik ki, övladımız Zəngilanda doğulsun – Turanın atası 

23 Fevral 2023, 11:58

İşğaldan azad olunmuş ərazilərimizdə 30 ildən sonra ilk körpə dünyaya gəlib. Zəngilan rayonunun Ağalı kəndində anadan olan körpəyə Turan adı verilib. 

 

Körpənin atası Teymur Zeynalov sevinc təəssüratlarını Modern.az-la bölüşüb. Özünü xoşbəxt hiss edən ata övladının sağlıq durumunun yaxşı olduğunu söyləyib.

 

"Ata-baba yurdumuzda ilk övladı dünyaya gətirdiyimizə görə çox sevincliyik. Bundan əvvəl iki övladım vardı, həmişə arzulayırdım ki, bir övladım da öz doğma yurdumda dünyaya gəlsin, bu torpaqlarda daha bir uşağımız olsun. Şükürlər olsun ki, arzuma çatdım. Övladım sağlamdır, hər şey qaydasındadır. Xoşbəxtəm ki, övladlarım ata-baba torpaqlarımızda böyüyüb boya-başa çatacaq".

 

T.Zeynalov övladına Turan adının verilməsinə də aydınlıq gətirib:

 

"Niyyət etmişdik ki, oğlan olsa adını şəhidlərimizə, vətənimizə, türklüyümüzə ithaf olaraq Turan qoyaq. Elə də oldu. Allah bizə bu günü qismət elədi, biz də istəyimizi həyata keçirdik. Arzu edirəm ki, Vətənə, millətə xeyirli, qəhrəman övlad böyüdək". 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir