Modern.az

İlham Əliyev Türkiyədə səfərdədir - FOTOLAR (YENİLƏNİB)

İlham Əliyev Türkiyədə səfərdədir - FOTOLAR (YENİLƏNİB)

25 Fevral 2023, 13:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gedib.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.

 

***

13:27

 

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

 

Bildirilib ki, Prezident İlham Əliyev səfər çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım