Modern.az

Yollarda görmə məsafəsi minimuma enəcək

Yollarda görmə məsafəsi minimuma enəcək

26 Fevral 2023, 12:47

Sabah Azərbaycanın bəzi avtomobil yollarında görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Fevralın 27-də ölkə ərazisində dumalı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı, şaxtalı hava şəraiti ilə əlaqədar isə gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

 

Qeyd edək ki, sabah ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım