Modern.az

Duman, külək, 22 dərəcə isti - Günün havası

Duman, külək, 22 dərəcə isti - Günün havası

Ölkə

28 Fevral 2023, 07:44

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə arabir duman gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım