Modern.az

Təbrizdəki Azərbaycanşünaslıq Mərkəzi BAĞLANDI

Təbrizdəki Azərbaycanşünaslıq Mərkəzi BAĞLANDI

1 Mart 2023, 12:54

İran hakimiyyəti Güney Azərbaycanın Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində məlumat yer alıb.

 

Məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb.

 

Qeyd edilib ki, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım