Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" nəşri məlumat yayıb.
Bildirilir ki, XİN başçısı İsraildə Azərbaycan səfirliyinin açılışında iştirak edəcək. Diqqətə çatdırılıb ki, bu, Azərbaycanın xarici işlər nazirinin son on ildə İsrailə ilk səfəri olacaq.
Ceyhun Bayramov İsrail Prezidenti İsaak Herzoq, Baş nazir Binyamin Netanyahu və xarici işlər naziri Eli Kohenlə görüş keçirəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.