Modern.az saytı “Məşhurların vəsiyəti” rubrikasından növbəti yazını sizlərə təqdim edir. Bu dəfə öz vəsiyyətini sizə “oxuyan” şəxs 2 il bundan öncə bütün dünyanın diqqət mərkəzində olan Liviyanın keçmiş diktatoru Müəmmar Qədddafidir.
Yeri gəlmişkən, bu gün Liviyada bəzi tərəfdarları sabiq diktator Müəmmar Qəddafinin doğum gününü qeyd edirlər. Qəddafi Liviya üsyançıları və NATO-nun köməyilə 2011-ci ildə devrildi. Həmin oktyabrın 20-də üsyançılar Liviyanın Sirt şəhərində Qəddafini vəhşicəsinə öldürdülər.
Öldürülmüş diktatorun sonradan vəziyyəti üzə çıxdı.
Vəsiyyətin ölümündən 3 gün öncə yazılması iddia olunur. Həmin vəsiyyət Qəddafinin 3 qohumuna göndərilib. Onlardan biri öldürülüb, digəri qaçıb, üçüncüsü isə həbs edilib. Öz vəsiyyətində Qəddafi onun doğma şəhəri olan Sirt şəhərində müsəlman adəti ilə öz valideynlərinin yanında dəfn edilməsini bildirib. Eyni zamanda ölümündən sonra ailəsinin, xüsusən qadın və uşaqların Liviya xalqı tərəfindən qorunmasını xahiş edib. Qəddafi tərəfdarlarına “xarici müdaxiləyə qarşı mübarizəni və müharibəni dünən, bugün və sabah davam etmək” çağırışı edib. Vəsiyyətdə deyilir ki, “Mübarizəmizdə qələbəni asanlıqla qazanmasaq da, gələcək nəsillərə Vətəni qorumağın ən böyük şərəf, vətəni satmağın ən böyük günah olacağı dərsinin verəcəyik. Sizi əksinə inandırmağa çalışanlara aldanmayın”.
Vəsiyyətdə keçmiş ərəb liderləri barəsində də mülahizə yürüdən Qəddafi Əbdül Camal Nasirlə fəxr edir. “Nə qədər çalışsam da bəziləri üçün bu yenə də az görünürdü. Lakin başqaları bilir ki, mən Əbdül Camal Nasirin oğluyam. Nasir yeganə əsl müsəlman və ərəb lideri idi. Süveyş kanalının Misir xalqına məxsus olduğunu bildirəndə o bir növ Səlahəddini xatırladırdı. Liviya liviyalılarındır məntiqi ilə hərəkət edəndə mən onun yolu ilə gedirdim. Mən bunu xalqımın bizi soyan və oğurlayan müstəmləkə asılılığından azad etmək üçün edirdim”.
Vəsiyyətdə başqa məqamlara diqqət edək. Amerika məsələsi. Bu faktlar bir gün öz uğurlu təsdiqini tapacaq.
“Hazırda mən Afrikanın kiçik oğlu Obamanın hücumuna məruz qalmışam. O bizim müstəqilliyimizi, pulsuz təhsilimizi, pulsuz səhiyyəmizi, pulsuz evlərimizi “kapitalizm” adlanan quldur sistemə çevirmək istəyir. Onlar bilməlidirlər ki, mən xalqımız azadlığı üçün son nəfəsimə qədər vuruşmağa hazıram. Ulu Tanrı bizi vicdanlı və azad qalmağımıza yardım et.
Amma Obama ABŞ-Liviya münasibətlərində yeni fiqur idi. O hətta Reyqanla da mübarizə aparıb. Ərəb birliyi üçün. Ərəb müstəqilliyi üçün...
40 il, əslində bəlkə də daha çox, heç dəqiq yadımda da deyil, mən əlimdən gələn hər şeyi edirdim, əlimdən gələn hər şeyi edirdim ki, insanlara evlər, məktəblər xəstəxanalar verim (verə bilim). Onlar ac olanda onlara yemək də verirdim. Mən Benqazi ətrafındakı səhralığı kənd təsərrüfatı üçün istifadəyə yararlı bir vasitəyə çevirdim. O mənim mənəvi qızımı öldürəndə, mən kovboy Reyqanın bombalarının altında dayanmışdım. O, məni öldürməyə çalışırdı amma mənim əvəzimə günahsız uşağı ölürdü. Mən onda Afrikada yaşayan bacı və qardaşlarıma Afrika Birliyinin qurulması üçün maddi kömək edirdim. . Milli komitələri bizim ölkənin hər yerində yayaraq, mən, insanların əsl demokratiyanın mahiyyətini anlamaları üçün əlimdən gələn hər şeyi edirdim”.
Ərəb psixologiyasını və “müsəlman “ damarının tutma prosesini çox gözəl birdiyindən Qəddafi vəsiyyətində qeyd edib:
“Lakin bu, heç vaxt kifayət deyildi: bəzi insanlar mənə deyirdi ki, (hətta 10 evi, təzə mebel və paltarları olanlar da) onların özünə istəklərindən də tam razı deyillər və daha çoxuna sahib olmaq istərlər. Onlar amerikan və digər xaricilərə onlara demokratiya və azadlıq lazım olduğunu dedilər. Lakin başa düşmədilər ki, bu, ən böyük itin başqalarını yandırdığı sistemin boğazıdı”.
Qəddafi vəsiyyətində ABŞ-ın və Qərbin demokratiya fırıldağına aldanan xalqına acıqlanıb və acıyıb:
“Onlar bu sözlərə heyrətlənmişdilər. Halbuki, anlamırdılar ki, Amerikada nə pulsuz dərmanlar, nə pulsuz xəstəxanalar, nə pulsuz yaşayış evi, nə pulsuz təhsil, nə pulsuz qida verilir Yalnızca dilənçilik və uzun növbələrdə gözləməklə pulsuz nəsə əldə edə bilərdilər”.
Və sonda bunları yazıb:
“Mən ölmək istəmirəm, amma əgər bu mənim torpağımı, xalqımı,minlərlə adamı, bütün uşaqlarımı xilas etmək üçün lazımdırsa, onda qoy belə olsun. Onlara görə onları xilas etmək üçün ölərəm”.
Elmin Nuri