Modern.az saytı xəbər verir ki, Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən V qurultayında partiyanın struktur dəyişikliyi edilib, yeni sədr müavinləri seçilib.
Partiyanın İdarə Heyətinin tərkibində dəyişiklik olmayıb. Modern.az YAP İdarə Heyətinin 21 nəfərlik siyahısını təqdim edir:
1. İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
2. Hacıbala Abutalıbov - Bakı şəhər İcra Hakimiyyətinin başçısı
3. Əli Əhmədov - Milli Məclisin deputatı, YAP Sədrinin müavini – icra katibi
4. Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini
5. Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı
6. Nurlana Əliyeva - YAP Qadınlar Şurasının sədri, Sabir adına Pedaqoji kolecinin direktoru
7. Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
8. Əli Həsənov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri
9. Əli Həsənov - Baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri
10. Yusif Hümbətov - «Azərsutikinti» səhmdar cəmiyyətinin sədri
11. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
12. Eldar İbrahimov - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
13. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
14. Zahid Qaralov - Yeni Azərbaycan Partiyası Səbael rayon təşkilatının sədri
15. Mübariz Qurbanlı - Milli Məclisin hesablama komissiyasının sədri, YAP İcra katibinin müavini
16. Abel Məhərrəmov - Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru
17. Bahar Muradova - Milli Məclis sədrinin müavini
18. Siyavuş Novruzov - Milli Məclisin İntizam komissiyasının sədri, YAP İcra katibinin müavini
19. Arif Rəhimzadə - Milli Məclisin Regional məsələlər komitəsinin sədri
20. Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri
21. Mixail Zabelin - Milli Məclisin deputatı