Modern.az

Azərbaycandan sülhməramlılara XƏBƏRDARLIQ

Azərbaycandan sülhməramlılara XƏBƏRDARLIQ

5 Mart 2023, 14:24

Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.

 

Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir.

 

Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur", - rəsmi məlumatda qeyd olunub.

Bu xəbər ilə bağlı
Qarabağda atışma: itkilər var - Müdafiə Nazirliyi məlumat yaydı
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza