ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Azərbaycanda səfərdədir.
Modern.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı səfirliyi yayıb.
Məlumata görə, Bono Bakıya səfəri zamanı Prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.
Qeyd edək ki, L.Bono Bakıdan sonra İrəvan və Tbilisiyə yollanacaq.
***
ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu gün Azərbaycana səfərə gəlir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.
Onun səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüş keçirəcəyi və Ermənistanla Azərbaycan arasında sülh prosesinin müzakirə olunacağı gözlənilir.
L.Bono həmçinin səfər çərçivəsində Ermənistan və Gürcüstana da səfər edəcək.