Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Gəncəyə səfər edib.
Modern.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində yazıb.
"Bu gün və sabah Nizami Gəncəvinin, Mirzə Şəfinin vətəni olan mədəniyyət şəhəri Gəncədəyik. Səfərə görə çox şad olacağam", - deyə o qeyd edib.
Bu gün və sabah Nizami Gəncəvinin, Mirzə Şəfinin vətəni olan mədəniyyət şəhəri #Gəncədəyik. Səfərə görə və Gəncə İH başçısı cənab Niyazi Bayramovla görüşməkdən çox şad olacağam. @gence_icra pic.twitter.com/zWmKPmmUYM
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) March 6, 2023