Modern.az

Şəhid Eşqin dəfn olundu - FOTOLAR (YENİLƏNİB)

Şəhid Eşqin dəfn olundu - FOTOLAR (YENİLƏNİB)

Ölkə

6 Mart 2023, 15:00

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

 

2003-cü il təvəllüdlü şəhid Eşqin Hüseynovun nəşi doğulduğu Hunanılar kənd qəbiristanlığında torpağa tapşırılıb. 

 

Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

 

 

1222951

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım